fd
CASP1.ORGTh, 02 Jul 2020, 17.58.48
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [9]MƏDƏNİYYƏT . [8]
SİYASƏT . [31]SOSİAL . [4]
TOLOŞON SƏDO . [1]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [6]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


11.26.29
Talışa qarşı hücum çəkən ünsürlərə cavab

Talışa qarşı hücum çəkən ünsürlərə cavab .

 

Azərbaycanda diqqəti çəkən özbaşınalıqlar, xoşa gəlməz hallar, hakimiyyətin xalqa qarşı laqeydliyi, polis zorakılığı, xalqın narazılığına səbəb olan bir çox hallar günü-gündən daha çoxalmaqdadır.

 

Azərbaycan vətəndaşı olaraq bu kimi hallar bizi çox narahat edir.

Bu xoşa gəlməz vəziyyətlə yanaşı, Talış xalqına qarşı haqsızlıqlar da, durmaq bilmir. Tarixini, dili, adını dəyişdirmək və bir sıra qadağalar qoymaqlada, narahat edən hakimiyyət qüvvələri və irqçi, millətçi qüvvələr vəziyyətdən istifadə edərək öz gücünü göstərməklə istədikləri edirlər.

Hələ bunlar azmış kimi, özünü Demokrat müxalifətçi sayanlar, Müəllim, ağsaqqal, həkim və başqa adlar altında təqdim edənlər də, Talışları vurmaq üçün əlindən gələni edərək böyük bir xalqı təhqir etməklə, əzməklə, fikirlərini dəyişməklə, assimilyasiyaya uğratmağla məşquldular.

 

Talış xalqının və adının yaşaması üçün, haqqını hüquqlarını tələb edərək siyasi mübarizə aparanlara, və yada Talış biri kimi haqqı üçün etiraz edən hər kimsəyə hakimiyyətin göstərdiyi münasibətdən daha çox bu müxalifət deyən liberal, demokrat adlanan insanlar hakimiyyətdən daha sərt şəkildə Talışlara haqqı tələb etmək, heçinə istəmək olmaz kimi qarşı çıxaraq düşmənçilik münasibəti göstərirlər.

 

Danışmağa mövzu tapmayan kimi eyni sözləri ağız-ağıza ötürməklə Talışlar haqqında danışaraq yenə burdada həmişə olduğu kimi Talışlardan istifadə edib Talışların hesabına biraz ucalmağa möhtac oluğunuzu göstərirsiniz.

Azərbaycanın bu qədər problemlərini görərək hakimiyyətə qarşı çıxış etməyə hünəri çatmayanlar, hər yerindən duran, tərbiyədən uzaq olan trollar, hakimiyyətə girməyə yol tapmaq üçün Talışları təhqir etməklə özlərini hakimiyyət gözündə ucalması üçün yol seçiblər.

Talış xalqının yox olmasını istəyən və Talışlara separatçı deyən və alçaltmağa çalışanlar bilin ki, əsil separatçı və satqın həmişə özünüz olmusuz və yenədə Azərbaycanda yaşıyan xalqları qarşı-qarşıya qaldırırsız.

İqbal Ağazadə , İnqilab kimi yüzlərlə eyni mövqedə çıxış edənlər və Rəşid Mahmudov və onun kimi yüzlərlə eyni düşüncədə olanlar, Azərbaycanda yalnız Türklər olmalıdır deyərək millətçilik, ara qarışdırmaq, Azərbaycanda xalqlar arasında narazılıq yaradaraq parçalamağa gətirib çıxartmaqla əsil separatist mövqeyindən çıxış edirlər.

 

Talışlar heç vaxt separatçılıq və vətənini satan qorxaq olmayıblar.

Tarix boyu qəhrəman və mərd oğullar yetişib Talışlarda. Hal-hazırdada görə bilərsiz ki, Talışlar Qarabağ döyüşlərində Azərbaycan üzrə 40% şəhid verib. İndiyədəkdə bütün Talış zonasının gəcləri ön cəbhədə ən çətin yerlərdə hərbi xidmət edib vətənimiz Azərbaycanı qoruyur. Amma Qarabağ zonasını, İqbal Ağazadə kimi atıb qaçan bəzi qaçqınlar şərəflə danışaraq özlərini qəhrəman, Talışları isə separatçı satqın adlandırır. Baxırsan Bakıda, Talış bölgəsində və müharibədən kənar rayonlarda hərbi xidmət yoxe, kef çəkənlərin çoxu torpağı ermənidə olanlardır.

 

Talışlar Azərbaycan vətəndaşıdır. Azərbaycanın müstəqilliyi üçün bütövlüyü üçün hamıdanda çox mübarizə aparıblar, yenədə aparırlar.

Talış adından danışmağ istəyən qeyri talışa heç kim ixtiyar verməyib Talış haqqında münasibət bildirsin.

Həmin şəxslər gedib öz kimliyini araşdırıb kim olduğunu öyrənsin, sonra öz abırını düzəltməklə məşğul olsa daha yaxşı olar.

 

Azərbaycanı qoruyub saxlamaq istəyiriksə, ilk növbədə Azərbaycanda yaşayan bütün xalqlara, həmin xalqın adına, dilinə hörmət etməliyik. Konstitusiyada göstərilən hüquqları verilməlidir. Hər bir xalqa öz adını, dilini və adət-ənənələrini yaşatmaq haqqı var və buna qarşı çıxılmamalıdır. Bunları normal şəkildə qəbul etmək lazımdır.

Talış xalqınında istəyi və tələbi konstitusiyada olan haqq və hüququdur ki, onuda boş-boş danışanlardan yox hakimiyyətdən istəyir. Yaşaması üçün hüquqlarından kənar, artıq heçinə istəmir!

Azərbaycanın güclü, möhkəm olması üçün Azərbaycanda olan bütün xalqlara hörmət etmək, hüquqlarında istifadə etməyə imkan yaratmaq lazımdır.

Burda yaşayan bütün xalqlar birlikdə AZƏRBAYCANdır və hamımız Azərbaycanlıyıq.

 

Zamin Hüseynov

Category: SİYASƏT . | Views: 186 | Added by: ruslantalish7 | Tags: Zamin Hüseynov | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  June 2020  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930

Entries archive

Site friends

Copyright MyCorp © 2020