fd
CASP1.ORGFr, 25 Sep 2020, 22.31.38
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


22.56.21
Talışların heç bir problemi yoxdur,- deyənlərə, aşağıda göstərilənlər, sizcə problem deyil?

Talışların heç bir problemi yoxdur,- deyənlərə, aşağıda göstərilənlər, sizcə problem deyil?

İlk əvvəl, onu deyim ki, çox uzaq yox, yaxın tariximizə nəzər salsaq, Talış xalqının ağıla sığmaz problemlər içində, necə yaşadığına şahid olarıq. Hər nədən əvvəl, bu məsələyə münasibətdə beynəlxalq təşkilatların hesabatlarını gözdən keçirək. Həmin hesabatların ( 2016-2019-ci illər), əsasən Azərbaycan Respublikasının hökumətinin və əsasən də, onun mövqelərindən muzdla çıxış edən qeyri-hökumət təşkilatlarının təqdim etdiyi hesabatların bölmələrində, Azərbaycanda yaşayan milli azlıqların ancaq, məişət səviyyələrində problemləri yaşadığı, məxsusi qeyd edilir:
„Talış xalqının heç bir problemi yoxdur , normal həyat səviyyəsində yaşayırlar, ailə daxili problemləri vardır, bu da normal hal kimi qəbul edilir. “ 
Yalnız, 2019 ci ilin bəzi hesabatlarında qeyd edilib ki, Talışların təhsil problemi mövcuddur.
Bu və buna bənzər hesabatları təhlil etdikdə, məlum olur ki, hesabatlar üçün məlumatları təqdim edən bu qurumlar, Talış xalqına qarşı məxsusi kin-küdrət, düşmənçilik siyasətinin tərəfdarı, daşıyıcısı olmaqla və həm də, bu gün mövcud olan Iqtidarın illər ərzində apardığı məxməri assimliyasiya məramına tam uyğundur.
Çıxardığımız sadə nəticə əsasən onu təsdiqləyir ki, ölkənin avtaxon xalqlarına münasibət, vahid mərkəzdən verilən tapşırıqlara uyğun formalaşdırmaqla QHT-ə ötürülüb və bu təşkilatlar Beynəlxalq və donor təşkilatlarına təqdim etdikləri məram və nizamnamələrini, insan hüquqlarının müdafiəsi sahəsində pozmaqla, ciddi riyakarlıqlara yol verirlər…
Belə ki, AR-na bağlı QHT-lərın tərtib etdikləri, 2019-ci ilin hesabatlarında, talış alim-jurnalist Fəxrəddin Abbasov və bloqer Elvin İsayevin adları siyasi məhbus siyahilərində olmamış və bu da, böyük qalmaqala səbəb olmuşdur. 

https://www.ecoi.net/en/document/2026380.html


Vaxtı ilə, Ölkə miqyasında körpələrə ad qoymada geniş istifadə edilən “Talış” adının, uşaqlara verilməsinə qadağanın rəsmiləşdirilməsi. 
AR-nın parlamentinin razılığı ilə, 2015-ci ildə, yeni doğulan uşaqlara Talış adının verilməsinə, ölkə miqyasında, eləcə də, talışların kompakt yaşadıqları vətənlərində, rəsmən qadağa qoyuldu.
AR Milli elmlər akademiyasının dilçilik institutun Terminologiya komissiyasının sədr müavinlərindən biri, Sayalı Sadıqova, mətbuata verdiyi müsahibəsində, Talış adının (terminin) utan verici ad siyasinə daxil etmişdir . 
https://www.azadliq.org/a/qadagan-olunan-adlar/27397993.html
Çox maraqlıdır, Talış ifadəsi bu qədərmi sizi utandırır? Hansı səbəbdən? Biz talışlardan soruşulubmü, bizlər bu addan nə qədər utanırıq və yaxud fəxr edirik! Yoxsa, bizim reyimiz sizi maraqlandırmir? Əgər biz talışlar bu ölkənin vətəndaşları sıyılırıqsa , bəs niyə, bütün dünyaya, elementar yaşam haqları istəyimizi, separatçılıq epiteti ilə car çəkib, elanlar edirsiniz?
Sayalı xanım Sadıqova, talışların üzünə tam qapadılmış İctimai tv-nin efirindən, ad qadağasına bəraət qazandırmaqdan ötəri, „Azərbaycanda qoyulan adlar, azərbaycançılığı təbliğ etməlidir“,- demişdir. O zaman, haqlı olaraq, başqa sual ortaya çıxır, bəs niyə, qadağan olunan adlar siyahısında Türkan, Türk, Altay, Təbriz və digər bu qəbildən olan adlar yoxdur? Bütün bu, eləcədə digər oxşar nüanslara istinaddan talışlara qarşı qərəzli münasibətin mövcudluğunu inkar etmək qətiyyən mümkün deyil. 

Əlavə olaraq, onu da qeyd etməyi vacib sayıram ki, rəsmi bu, buna oxşar qeyri-rəsmi qadağalardan sonra, Talış mahalında, Talış adı ilə bağlı olan bütün obyektlərinin üzərindən, reklam löhvələrindən “talış” sözünün silinməsinə hamılıqla məcbur etdilər.

Aşaqda şəkil sübutdur .



Siyahıya alınma.

Hər 10(on) ildən bir, beynəlxalq öhdəliyə uyğun, əhalinin siyahıya alınmasında yol verilənlər barəsində, çoxlu məlumat, araşdırmalar yazılmış və bir daha bu haqda xatırlatmaq istəyirəm. Sovetlər dönəmində indiyə qədər, əhalinin siyahıya alınma prosesinin nəticələrinə nəzər salaq:

1939-cu ildə talışların sayı 87,5 min nəfər, ümumazərbaycan əhalisinin sayı isə, 3 milyon 274 min nəfər olmuşdur.
2009-cu ildə talışların sayı, cəmi…112 min nəfər, ümumazərbaycan əhalisi isə 8 milyon 896 min 900 nəfər olmuşdur.
Əgər, talışların ümum ölkə miqyasında, ən çox uşaqlı ailə olduqlarini nəzərə alsaq ( orta hesabla 2-2,5 dəfə digər bölgələrə nisbətdə çox), necə ola bilərdi ki, ölkədə əhali artımı 72 % çoxalma təşkil etsin, talışlarda yalnız 28%, bu isə, ümum əhali artımından 6 dəfə az olub ki, heç vəchlə mümkün deyil.
Və bu, ironiya doğurmurmu? 
Onu da qeyd edim ki, 2019 ci ilin 1- 10 oktyabr ərəfələrində, əhalinin yeni siyahıyaalınma prosesində də milli mənsubiyyətin talış olmasını yazmağa imkan verilməməsi barədə məlumatlar yayılıb. 

Məktəb və Təhsil. 

Ölkə Təhsil nazirliyinin nümayəndəsi tərəfindən, 2019-cu ildə, verilən məlumata əsasən, Azərbaycan respublikasının cənubunda ( bu da qadağalardan biridir, Talış mahalı, artıq rəsmən belə adlandırılır), 225 məktəbdə Talış dilində , həftədə bir saat olmaqla dərslər keçirilir. 
Və bu məlumat çox sayda maraqlı suallar ortaya çıxarır, ən əvvəl, bu dərsləri kimlər tədris edir?
Pedaqoqlar harada hazırlanır? 
Talış dilli pedaqoqların hazırlığı ilə məşğul ola biləcək bir dənə belə olsun, tədris müəssisəsi olması barədə həqiqətə uyğun məlumat yoxdur!
Ümidvaram ki, Təhsil nazirliyin nümayəndəsi bu suallara cavab verə biləcək qədər, məlumatlıdır. Bəs görəsən, Lerik, Astara, Lənkəran , Masallı , Biləsuvarda Talışların kompakt yaşadığı ərazilərin hamısında bu məktəblər varmı?
Bu. sadalanan rayonlarda olan məktəb siyahısına nəzər salaq və nazirliyin nə qədər doğru məlumat yaydığını səthi də olsa araşdıraq:
Məktəblərin sayı:
Lerik – 107
Lənkəran - 85 
Astara- 61 
Masallı - 95 
Biləsuvar- 36 
Cemi: 384

Bəs, 159 təhsil ocağında, niyə talış dili tədris olunmur? (Əslində, qeyd olunmuş 225 məktəbdə də, Talış dili tədris olunmur, bundan ötəri heç şərait də yoxdur). Bir başqa məqam da toxunmaq istəyirəm, belə ki , 384 təhsil ocağında oxuyan tələbələrin ümumi sayını hesablasaq , o zaman talışların həqiqi sayının Azərbaycanda nə qədər olduğunu hesablamaq elə de çətinlik törətməz. Bununla da, ölkədə rəsmən mövcud statistika komitəsinin yaydığı, əhalinin milli etnik tərkibi barədə yanlışlıqları üzə çıxarmaq ciddi çətinlik yaratmazdı. 

Mədəniyyət.

Talış xalqı, qədim adət-ənənələrə və qəhrəmanlıqlar zəngin tarixə malik, bir etnosdur. Talışlar hind-avropa, ariyan xalqlarının bir qrupuna məxsus xalqdır. Talışlar, əsasən İran İslam Respublikasının Şimalında və Azərbaycan Respublikasının cənub-şərqində, antik vaxtlardan yaşayan bir xalqdır. Sovetlər birliyi dönəmində başlayaraq, hazırda AR-nın müstəqilliyindən bəhrələnən iqtidarın apardığı ciddi sosial-iqtisadi soyqırımın təsirindən, talışlar dünyanın müxtəlif ölkələrinə səpələnmiş, ən çox Rusiya Federasiyasında məskunlaşmışlar. Azərbaycan Respublikasının daxilində talışlara aid heç bir mədəni, ədəbi, siyasi və digər tədbirlərin keçirilməsinə imkan verilmir və bu məqsədlərlə yaradıla biləcək, hər formada insani birliklərin rəsmi Dövlət qeydiyyatına, ölkə Ədliyyə nazirliyi tərəfindən ciddi məhdudiyyətlər yaradılmışdır. 

Buna misal : Azəri -Talış ictimai birliyi göstərə bilərik .

Siyasi təşkilat kimi, partiya olaraq, “Azərbaycan Xalqlarının Demokratik Partiyasını “ nümunə göstərmək olar. İqtidar həmən partiyanın bütün nümayəndələrinə müxtəlif təzyiqlər edərək, partiyanın strukturlarını yaranmasında , Talış bölgəsində olan nümayəndələrə, o cümlədən bölgədən kənarda yaşayan insanlara hədə qorxu gələrək, işlərinə böyük əngəllər törətməkdədirlər. Əsas təzyiq vasitəsi isə, ailə-övladları, onların işdən qovulmaq təhdidi, övladlıqdan məhrum etmək hədələri, bir sözlə, şəxsi həyata müdaxilə etmək kimi, qeyri-insani addımları formasındadır. Bütün bu və buna bənzər hallar, əlbəttə, heç bir insani hüquq normalarına sığmayan addımladır. Onu da qeyd edim ki, Azərbaycanda mövcud olan 60-a qədər partiya və qeyri hökumət təşkilatlarından, nədənsə, Talışlar tam kənarda saxlanılmaqla, özlərinin də müstəqil bu sahədə, yuxarıda göstərilən formalardan istifadə edilməklə, Konstitusion hüquqları tam məhdudlaşdırılıb.

Media və Qəzet.

Azərbaycan Respublikasında Talış dilində, yeganə qəzet , o da öz hesabımıza buraxılır və bunu da talışlara çox bilirlər. 
“Tolişi Sədo“ qəzetini buna nümunə göstərə bilərəm. Bu qəzetin baş redaktoru Novruzəli Məmmədov saxta ittihamlarla 2007 ci ildə həbs edildi və 2009 ci ildə müəmmalı şəkildə həbsxanada dünyasını deyişdi. Ondan sonra “ Tolişi sədo ” qəzetinin buraxılışına rəhbərliyi alim-jurnalist Hilal Məmmədov edirdi. Hilal Məmmədov 2012 ci ildə, şərləməklə həbs olundu və 2015 ci ildə beynəlxalq təşkilatların təzyiqi nəticəsində azadlığa buraxıldı. Qəzetin məcburi şəkildə dərci və fəaliyyəti dayandırmışdır.
 
Novruzəli Məmmədov .
https://humanrightshouse.org/letters-of-concern/concerning-the-death-of-novruzali-mammadov/ 

Hilal Məmmədov .
https://iwpr.net/global-voices/consternation-editors-arrest-azerbaijan

“Toloşon Sədo” adi altında 2011 ci ildə yeni bir qazet, jurnalist Rafiq Cəlilov tərəfindən, fəaliyyətinə başladı . Bu qəzet Talış və Azərbaycan dillərində yayımlanır. Rafiq Cəlilova da, onun sələfliləri kimi müxtəlif təzyiqlər edilir, polis tərəfindən qeyri qanuni saxlanılır, hədə-qorxular gəlinir. Bu haqda geniş formada sosial mediada yetərin qədər materiallar var . Hətta Rafiq Cəlilovun ölkədən çıxmasına qadağa da qoyulub. 

https://rafiqcelilovblog.wordpress.com/2017/06/17/axtarisdasiz/ 
https://www.azadliq.org/a/29286901.html

Talış dilində media saytları isə, ümumiyyətlə yoxdur, yaranışına imkanlar da verilməz şərait mövcuddur. Xaricdə fəaliyyət göstərən Talış yönlü saytlara giriş, Azərbaycanda tam məhdudiyyətlər hakimiyyət səviyyəsində yaradılmışdır. Misal olaraq http://www.tolishstan.com/ , www.talish.org  , tolishpress.org və s. göstərmək olar. Bu sayt 2019 ci ilin sentyabr ayının 24 dən, xəbərdarlıqsız, heç bir səbəb göstərilmədən Azərbaycan cəmiyyəti üçün bağlıdır. Bu, bir daha Talış xalqına qərəzli münasibətin hansı səviyyədə olmasını bir daha göstərir. 

Həbslər .

2018 ci ildə talışşunas- alim, Talış dilinin araşdırmaçısı, jurnalist, Talış dilinin qrammatikasının hazırlanmasında mühüm rol oynamış, Talış-Rus , Talış-Azərbaycan türk tərcümə, lüğət kitabların müəllifi, Fəxrəddin Abbasov Rusiya Federasiyasından, Azərbaycan hakimiyyətinin sifarişi ilə, həbs olunaraq, qeyri-qanuni yollarla oğurlanaraq Azərbaycana gətirilmiş, vətənə xəyanət ittihamı ilə (maddə: 274) 16 il azadlıqdan məhrum edilmişdir.

https://www.ecoi.net/en/document/2003553.html

https://www.rferl.org/a/azerbaijan-talysh-activist-abbasov-arrested-baku-deported-russia/29798221.html

2019-cu ildə Ukraynadan, Talış əsilli, Masallı rayonun Kolatan kəndində anadan olan, əslən Rusiya vətəndaşı qadınla rəsmi nigahda olan Elvin İsayev həbs edilərək, oğurlanaraq Azərbaycana gətirilmişdir və hazırda müdafiəsiz istintaq edilməklə, təcridxanada saxlanılır.

https://eurasianet.org/ahead-of-presidents-visit-ukraine-extradites-azerbaijan-government-critic

Bakıda 2019-cu ilin əvvəlində, iki talış gənci, Talışın milli simvolu olan köynək geyindiklərinə görə, birini iki gün, digərini isə 25 gün həbsdə saxlanmışdır. 

Rusiyada, Azərbaycandan kənarda, avto-yürüş təşkil etməklə, talış bayrağını qaldırdığına görə 2018-ci ildə Mirismayıl Mirismayılov adlı Talış gənci, Bakı, Heydər Əliyev adına Hava Limanıda saxlanılaraq 30 günlük həbs edilmişdir.

Masalıdan olan, karikaturaçı-jurnalist Mətləb Pero Dadaşov saxta ittihamlarla həbs olunmuşdu.
 
http://www.talish.org/news/m_tl_b_pero_dadasov_nec_h_bs_edilm_sind_n_yazir_ii_yazi/2018-01-10-2199

Belə misallar çox göstərmək olar. 

Talış ziyalılarına hücumlar.

Əvvəllər, belə hallar, əsasən sosial şəbəkələrdə gizlin, saxta adlarla təhqiramiz formalarda edilirdirsə, indi Talış ziyalılarına aşkar hücumlar adi bir hal alıb. Bəzən de, Talış təşkilatlarına qarşı, hakimiyyətin himayəsində olan başqa, saxta “Talış təşkilatlarının” vasitəsi ilə, öz çirkin əməllərini həyata keçirməyə cəhdlər edilməklə, xof mühiti yaradılır. Mühacirətdə olan, o cümlədən Avropada olan Talış təşkilatlarının güclənməsi, mövcud ölkə iqtidarının, əksərinin idiyalogiyasının əsasını pantürkizm təşkil edən qeyri-hökumət, siyasi təşkilatların xoşuna gəlmir, buna görə də həmin təşkilatların şantaj edilməsi məqsədi ilə, müxtəlif şər-böhtanlar atmaqdan da çəkinmirlər. 

Bayraq .

Bayraq millətin varlıq rəmzini bildirən, bir vasitədir. Hər millətin olduğu kimi talışların da öz bayrağı, tarixi boyu olub, var. Tarixə nəzər salsaq , talışların bayrağının daşiyicilarindan biri də Talış xalqının böyük sərkərdəsi Babək (Hürrəmmi hərəkatı, 807 - ci ildən 837 ilə qədər) olmuşdur. 
1993-cü ildə isə, indiki üç rəngli Bayraq, Talış xalqının rəmzi kimi xalqa təqdim edilmişdir. Hesab etmək olar ki, bu hər bir xalq üçün olduğu kimi, Talış xalqı üçün də adi bir haldır! Dünyanın inkişaf etmiş ölkələrində, hər bir vilayətin öz bayrağı var və hamı buna hörmətlə yanaşır. Ümumdövlət bayrağı ilə yanaşı, dövlət tərkibində olan xalqların bayrağı da dalğalanırsa, AR-da, anlamaq çətinlik yaradır, bu məsələ niyə belə sərt şəkildə, qısqanclılıqla qarşılanmalıdır. Çox misallar gətirə bilərəm, məsələn Niderland 12 əyalətdən ibarətdir və hər əyalətin öz bayrağı və gerbi var və yaxud Almaniyanın 16 əyaləti de həmçinin buna misal olaraq göstərmək olar.
Sonunda isə, bizi izləyən bütün dostlara müraciət edirik, sadaladığımız problemlər, sizcə talış olaraq insanın yaşamına nə qədər normallıqdır? Bundan artıq daha nə kimi problem olmalıdır ki, onlar qəbul edilsin? Bəli, Azərbaycan Respublikasında bütün millətlərin sosial problemləri eynidir və bu halda bizim aramızda heç bir fərq qoyulmur, ancaq təhsil, mədəniyyət , toponim , tarix və dil məsəlləri kimi amillərə münasibətdə, talışların həddindən artıq ciddi problemlərinin olmasının bariz göstəriciləridir. Ümidvaram ki , yazıqlarımı düzgün təhlil edib, bir daha fikirləşməyə özünüzü yönəldə bilərsiniz . Talış xalqı, Azərbaycan Respublikasının tərkibində, dinc-sivil qaydada öz haqqını tələb edir, bu haqq yolunda bizi dəstəkləyənlərə öz minnətdarlığımızı bildiririk və vicdanla buna münasibət göstərməyinizə ümidvarıq.
Dərin Hörmətlə: 

Ruslan Almaszada.

Category: SİYASƏT . | Views: 398 | Added by: ruslantalish7 | Tags: caspi1.org | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  May 2020  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Entries archive

Site friends

Copyright MyCorp © 2020