fd
CASP1.ORGFr, 25 Sep 2020, 21.47.16
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


17.08.01
Talışların səhvi nədədir?

Talışların səhvi nədədir?

 

Psixologiya elmində “İdrak prosesləri” və “Emosional prosesləri” deyilən anlayış var. Bu iki prosesin talışlara nə qədər aidiyyəti olduğu barədə və onların bunu öz fəaliyyətlərində nəzərə almaları sağlam bir tövsiyə şəklindəki məsləhətdir. İlk başlayaq “İdrak prosesləri “dən. Aşağıda bu prosesin fəaliyyətə aidiyyəti barədə izahlar verəcəyəm.

  1. Duyğular.  Mənə elə gəlir ki, azca savadı və dünyanı dərk etmə qabiliyyəti olan hər bir talış dilin, xalqına xas mədəniyyət və tarixin qorunmasını çox yaxşı dərk edir. İmkanları daxilində bunu yaşatmağa və bu yaşamada əlindən gələni etməyə çalışır. Bu fərdin dövlət konstitusiyası ilə ona verilən haqqıdır. Bu haqdan istifadə edən isə gərək fəaliyyətində digər halları nəzərə alasan.
  2.  Qavrayış. Barəsində fikir və mülahizəsini irəli sürdüyün məsələ barədə tam məlumatlı olmalı, bu barədə çoxlu informasiyaya malik olmalısan. Bunun üçün talış xalqının tarixi, dili, mədəniyyəti, mətbəxi ilə bağlı çoxlu mənbələrdən müxtəlif şəkildə məlumatlara malik olmalısan.
  3. Gerçək ətraf aləmin dərki. Yəni ki, sən ilk olaraq informasiya və məlumatın kimin və hansı şəraitdə səndən ərz etməsini nəzərə almalısan. Sözü yerində və vaxtında deyərlər. Düz yerində işlənməyən ən hikmətli söz belə həmən an çox dəyərsiz olar. Axmağla elmlə, alimlə cahilliklə danışmazlar. Buna görə də harada və kiminlə necə danışıb ona nə dediyinizə edin.
  4.  Nitq. Ən cavab olanı nitqdir. Sənin problem bildiyin məsələ ən çox elmə aidiyyəti olduğu üçün sən öz üzərində işləməlisən .  Mütakiən çox olmalıdır. Ən axmaq fikri belə gözəl nitqlə təqdim edəndə axmaq ifadə çox gözəl səslənər. İfadələrinlə informasiyanı verdiyin insanın, nəyisə isbat etməyə çalışdığın insanlara düşündüyünü tam çatdıra biləsən. Əks halda yarımçıq fikir yarımçıq ev kimi sayılar. Yarımçıq evin üstünə yağan yağış, əsən külək ona xarabalığa çevirir.
  5.  Emissionallığ. Ən lazım olmayanı. Polemika, dialoq və monoloqlarda siyasətçilərin karına yarayan. Bundan qaçın. Bunun üzərində qurulan polemika sabun köpüyü kimi faydasız şeydir.
  6. Ətrafın fikrinə münasibəti. Həəə, baaax, indi gəldik əsas məsələyə. Mənim yuxarıda yadıqlarım elə indi yazacağıma töhfə şəklindədir. Buradan sonra gələnlər isə əsas məsələ barədədir. Talışlar çox vaxt sosial şəbəkədə onların haqlı fikirlərinin aqressiya ilə qarşılanıb sərt reaksiya gördükləri barədə yazırlar. Burada günah onların haqlı irad və fikirlərinə sərt reaksiya verən insanlarda yox, bir başa bu vəziyyətdən şikayət edən talışların özlərindədir. Bildiyiniz kimi 90-cı illərin əvvəlində hakimiyyətdə olan iqtidarın başında duran şəxslərin milliyyətçilik kimi axmaq ideologiyanı rəhbər tutması talışların da bu etnik ayrı-seçkilik qarşısında təşkilatlanmaq məcburiyyətinə səbəb oldu. Əfsus ki, o zaman baş verən siyasi proseslər zamanı şəxslərin səhv qərarlarından bütöv bir xalqa qarşı istifadə edirlər. O zamanlar baş verən siyasi proseslərin müxtəlif şəxslər tərəfdən müxtəlif və haqsız şəkildə təqdimatı talış dili təəssübkeşlərinə qarşı müəyyən şəxslərdə fobiya yaradır. Şəxsən mən özüm dəfələrlə özümə qarşı hətta faşist yanaşma halları ilə qarşılaşmışam. İşin başqa bir tərəfi də var. Biz fikirlərimiz barədə sosial şəbəkədə yazırıq. Burada da aktivlik edənlərin əksəri müxalif düşüncəli siyasi fəaliyyətli şəxslərdir. Onların da yüzdə səksəninin milliyyətçi olması gün kimi aydın məsələdir. Belə hallarla rastlaşmamaq və hansısa qüvvələrin haqlı işimizi bu dövlət və cəmiyyət üçün təhlükəli olması fikrini yaradıb beyinlərə həkk etməsinin qarışısını almaq üçün cəmiyyətlə işləmək lazımdır. Azərbaycan xalqı dövlətinə qarşı separatçılıq nəticəsində torpaqlarının iyirmi faizi işğalda olan ölkənin vətəndaşlarıdır. Ona görə də bu ölkəni öz dədəsinin evi, ölkədə yaşayan digər yerli xalqları isə bu evdə qonaq və yaxud da ikinci sort xalq kimi görən şəxslər nədənsə talışların öz dillərinə, tarix və məxsusi etnos mədəniyyətlərinə sahib çıxmaqlarını özlərinə təhlükə kimi görüb cəmiyyətə bunu separatçılıq kimi təqdim edirlər. Bu da düşüncəsiz insanların səhv məlumata sahib olduğuna görə talış dili təəssübkeşlərini ölkəyə təhlükə kimi görməsinə səbəb olur. Ona görə də talışlar cəmiyyətlə işləməklə bu fəaliyyətlərinin ölkə suverenliyinə zidd, ölkənin ərazi bütövlüyünə qarşı olmadığı, ölkə konstitusiyasında göstərilən haqları, ölkə qanunlarına zidd və cinayət əməli olmadığını anladıb bunu onlara aşılamalıdırlar. Əgər talış etnos mənsubiyyətli şəxslər onların konstitusion haqlarının təminatında nəyisə problem kimi görürlərsə o problem öz həllini yalnız Azərbaycanda, Azərbaycan Respublikasının qanunları daxilində hüquqi müstəvidə tapmalıdır. Bunun ikinci həlli yolu yoxdur və ola da bilməz. Azərbaycanda yaşayan, Azərbaycanla bağlılığı olan hər bir talış öz dədə-baba torpaqlarında yaşadıqlarından həm də bu dövlətin sahibi olan xalqlardan biridir. Azərbaycan dövləti əleyhinə, Azərbaycan dövlətinin ərazi və suverenliyə əleyhinə işlənən hər bir ifadə və əmələ isə anındaca sərt reaksiya vermək lazımdır. Malik olduqlarımızı qoruyub ona sahib olmasaq sabah bunu başqası edəcək İndi isə hər birinizə fəaliyyətinizdə uğurlar arzu edirəm .   

 

Fuad Cəlilov .

Category: SİYASƏT . | Views: 112 | Added by: ruslantalish7 | Tags: Fuad Cəlilov . | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  May 2020  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Entries archive

Site friends

Copyright MyCorp © 2020