Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  January 2022  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Tanınmış jurnalist Səmayə Məmmədovanın "Peşəkarlığın rəsmi" kitabının təqdimatı keçirilib

Tanınmış jurnalist Səmayə Məmmədovanın "Peşəkarlığın rəsmi" kitabının təqdimatı keçirilib.

Kanalımızın məlumatına görə, təqdimat mərasimində çıxış edən ssenarist, publisist Nadir Bədəlov kitab haqqında təəssüratlarını bölüşüb. O bildirib ki, kitabın adı xüsusilə diqqət çəkir: "Peşəkarlıq haqqında çox yazılır. Ancaq O olub. Bu gün vizualliğa çox önəm verilir. Mən inanıram ki, bu kitab vasitəsilə yeni bir Səmayə kəşf edəcəm".

Əməkdar jurnalist Şəlalə Həsənova deyib ki, kitabda PR sahəsində çalışanlar üçün olduqca maraqlı məqamlar var: "Kitab o zaman maraqlıdır ki, onun arxasında zəka dayanır. Kitab o zaman heyranedicidir ki, içində ürək çırpıntısı hiss olunur. Bu əsər istedadlı bir əsərdir. Kitabda olan PR haqqında maraqlı düşüncələr, dərin, mükəmməl mülahizələr bizim də bilgilərimizi dərinləşdirir. PR özü bölünməz bir prosesdir. Kitabın yaxşı cəhətlərindən biri odur ki, burada reallığı əks etdirən çox maraqlı tezislər, lövhələr var".

Müəllif Səmayə Məmmədova çıxışında kitabın yazılma prosesi haqqında bəhs edib və ona prosesdə yardımçı olan insanlara təşəkkürünü bildirib: "Zaman ayırıb bura gələn hər kəsə minnətdarlığımı bildirirəm. Bu gün mənim üçün olduqca önəmlidir. Mən çox xoşbəxtəm ki, Tanrı mənim qarşıma gözəl insanlar çıxarıb".

Qeyd edək kitabda jurnalist Səmayə Məmmədova 22 illik media təcrübəsini bölüşür. Kitab media və PR sahəsində çalışmaq istəyənlər üçün nəzərdə tutulub.

22 Jan 2022 в 08.00.07
32
Добавил ruslantalish7
Оценок нет
Теги: caspi1.org
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft