fd
CASP1.ORGTh, 28 Jan 2021, 14.27.34
Welcome Guest | RSS
Site menu

Section categories
Tarix [17]Mədəniyyət [17]
Siyasət [57]Sosial [11]
Toloşon Sədo [9]TMH . [9]
Ölkə Xəbərlər [19]RTMM . [1]
Talish xanligi tarixi . [0]Mugan Sovet Respublikasi tarixi . [3]
TMMR-in tarixi [0]Xarici Dildə Məqalələr [2]
Tolışi şeir [10]Multiculturalism [0]
Tolışə Hekoye [2]

Our poll
Rate my site
Total of answers: 4

Statistics

Total online: 1
Guests: 1
Users: 0


12.10.39
"TOLYSHNOMA" elmi-maarifləndirmə lahiyəsi ilk məhsulunu təqdim etdi

"TOLYSHNOMA" elmi-maarifləndirmə lahiyəsi ilk məhsulunu təqdim etdi.

25 dekabr 2020-ci ildə Talış Gənclər İttifaqının (Moskva şəh., Russiya) "TOLYSHNOMA" elmi-maarifləndirici layihəsinin məhsulu olan və Talış Milli Akademiyasının (Minsk şəh., Belarus) dəstəyi ilə yaradılan «Talysh Dictionary (by F. Aboszoda)» mobil tətbiq etmə istifadəyə verilmişdir. Mobil tətbiq etmənin istifadəyə verilməsi görkəmli talış alimi Fəxrəddin Aboszodənin (Abbasov) anadan olmasının 64 illiyinə təsadüf edilmişdir.
«Talysh Dictionary (by F. Aboszoda)» mobil tətbiq etmə talış dilindən birbaşa 4 dilə elektron lüğətlər təqdim edir: Rusca-Talışca lüğət (60 000 söz; Münhen, 2012), Türkcə-Talışca lüğət (55 000 söz, Bakı, 2015), İngiliscə-Talışca lüğət (250 000 söz, Münhen, 2012), Farsca-Talışca lüğət (100 000 söz, əlyazma). Xüsusilə qeyd etmək lazımdır ki, bu İngiliscə-Talışca və Farsca-Talışca electron lüğətlərinin istifadəyə verilməsinin ilk hallarıdır.
Talışlar Kaspi dənizi sahilinin cənub-qərbində - İranla Azərbaycanın sərhədində yaşayırlar. Talış dili aşağıdakı kimi təsnif edilir: Hind-Avropa dil ailəsi – Ariyan qolu – İran qrupu – Şimal-qərb alt qrupu – Kaspi dilləri - Talış dili. Talış dilinin transformasiya şəklində meydana gəlmə ardıcılliğı: Aryan dili – Avesta dili – Midiya dili - Atropatena (Azəri) dili – Talış dili. İranın şimal-qərbindəki bir çox bölgələrdə yaşayan tati əhalisi talışların etnoqrafik qrupudur və yaxınlıqdakı talış ləhcələrinin birinə bənzər ləhcələrdə danışırlar.
Mobil tətbiq etmənin fonu xalq arasında "Babəkin bayrağı" adlandırılan və talışların əcdadlarının qədim rəmzi - həştpərın təsviri olduğu Talış tarixi bayrağı əsasında yaradılmışdır. Mobil tətbiq etmədə Azərbaycan və Fars transliterasiyası, həmçinin beynəlxalq fonetik transkripsiyası ilə Talış əlifbası (kiril əlifbası əsasında) təqdim edilmişdir.
Mobil tətbiq etmə Talış-Muğan Muxtar Respublikası Mühacir Hökumətinin və Talış Milli Hərəkatının (Haaqa şəh., Niderland) maliyyə dəstəyi ilə hazırlanmışdır.
Bütün 4 lüğətin müəllifi məhşur alim (filosof, politoloq, filoloq), jurnalist və ictimai-siyasi xadim  Fəxrəddin Aboszodədir (Abbasov). Hazırkı Mobil tətbiq etmənin yaradılmasina müəllifin xeyir-duası alınmışdır, lakin təəssüf ki, bu ilin 9 noyabrında çox müəmmalı şəraitdə talış alimi Azərbaycan həbsxanalarının birində dünyasını dəyişdi və öz unikal lüğətlərinin elektron formasını görmək ona qismət olmadı.
Qeyd edək ki, Mobil tətbiq etmə ödənişlidir (5$). Toplanan vəsait Mobil tətbiq etmənin işlək vəziyyətdə saxlanılması, dəyişikliklər edilməsi, yenilənməsi və talış mövzusu istiqamətində digər məhsullarin yaradılması üçün istifadə ediləcəkdir. Səhvlər aşkar edildikdə, həmçinin Mobil tətbiq etmənin təkmilləşdirilməsinə dair təklifləriniz olduqda, elektron ünvana göndərilməsi xahiş olunur: tolyshnoma@gmail.com
Ümid edirik ki, "Talysh Dictionary (by F. Aboszoda)" Mobil tətbiq etməsi talış dilinin öyrənilməsində maraqlı olan hər kəsə faydalı olacaq.


                                                                                                          Talış Gəncləri Birliyinin İdarə Heyəti
                                                                                                                                                       25.12.2020

caspi1.org

Category: TMH . | Views: 59 | Added by: ruslantalish7 | Tags: caspi1.org | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  December 2020  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Entries archive

Site friends

Copyright MyCorp © 2021