Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 2
Guests: 2
Users: 0

UTANMA TALIŞ!!

UTANMA TALIŞ!!

Midiyadan harayın var izin var,

Avestadan nəzər edən gözün var,

Babəklərə verilmiş bir sözün var,

Tarixlərdə heç yubanma el oğlu,

Talışlıqdan gəl utanma el oğlu.

Düşmənlərin tək adından titrəyib,

Addım-addım gedişini izləyib,

Çox toplumlar yalan yerə pisləyib,

Yalanlara sən inanma el oğlu,

Talışlıqdan gəl utanma el oğlu.

Sahib çıx adına, adın batmasın,

Oyat mənliyini kökün yatmasın,

Şeytan xislətlilər səni satmasın,

Bu yollarda heç dayanma el oğlu,

Talışlıqdan gəl utanma el oğlu.

Nə etmisən düşün biraz dal biraz,

Xəyalınla hərdən tənha qal biraz,

Mustafanı sən yadına sal biraz,

Nə ərinmə, nə usanma el oğlu,

Talışlıqdan gəl utanma el oğlu.

Bu ada xəyanət əhlisənmi sən!?

Bizlərə xəcalət əhlisənmi sən!?

Savadsız cəhalət əhlisənmi sən!?

Yad ağaca səhv calanma el oğlu,

Talışlıqdan gəl utanma el oğlu.

Yusifin fədadır canı millətə,

Onunçün qatlaşar acı əzyətə,

Bəlkə kimlər isə gələr qeyrətə,

Heç utanma, heç utanma el oğlu!!!

Talışlıqdan gəl utanma el oğlu!!!!

Yusif Rəhimi

11.11.2018

07 Dec 2021 в 00.23.21
32
Добавил ruslantalish7
Оценок нет
Теги: Yusif Rəhimi
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft