VƏTƏN
VƏTƏN
Səni sevməyə şansım yox,
Ürəyimdən get , ey Vətən!
Sevmək üçün ruh gərəkdir,
Gəl məni tərk et, ey Vətən!
Bağrımın başıdır yanan,
Həsrətin diri, ağrıdır.
Neyləyim, dəli eşqimin
Sən olan yeri ağrıdır.
Fürsətim yox sevim səni,
Ağın qaraya calanıb.
Namərdlərin qafiyədir,
Mərd olanın hecalanıb.
Bu sevgidən nə qalıb ki,
Saçları dağınıq, bəyaz.
Səni sevənlər içində
Mənim adımı sonda yaz!
XANLAR HƏMİD. 06.06. 2022
Комментариев нет