fd
CASP1.ORGSu, 27 Sep 2020, 03.08.43
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


10.53.50
Vilyam Hacıyevin evindən nə qədər pul çıxıb? - Açıqlandı...

Vilyam Hacıyevin evindən nə qədər pul çıxıb? - Açıqlandı...

Vilyam Hacıyevin evindən nə qədər pul çıxıb? - Açıqlandı...

"Əgər bu şəkil tapılan pulların hamısını özündə əks etdirirsə, orada 2 milyon 480 min dollar, 450 min avro vardır”.

 

Caspi1.org  xəbər agentliyi  , Qaynarinfo istnad xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin həbsi zamanı evindən müsadirə edilən maliyyə vəsaitlərini əks etdirən fotolardan danışarkən deyib. Qubad ibadoğlu qeyd edib ki, Vilyam Hacıyevin varidatı ən azından 10 milyon dollarla ölçülə bilər:

 

"İmişli rayonun keçmiş icra başçısı Vilyam Hacıyevin evindən maddi subut kimi xarici və yerli valyutada müsadirə edilən nağd pulların həcminin nədən elan edilməməsi ən çox müzakirə olunan suallardandır. Əgər bu şəkil tapılan pulların hamısını özündə əks etdirirsə, onda hesablamalar göstərir ki, orda 2 milyon 480 min dollar, 450 min avro vardır. Əgər evdə xarici valyutada bu qədər vəsait nağd şəkildə gizlədilibsə, heç şübhəsiz ki, xarici və yerli banklarda yerləşdirilən vəsait bundan dəfələrlə çoxdur. Bundan əlavə pulların ondan da çox hissəsi biznesə və əmlaka yatırılır.

Bu hesabla Vilyam Hacıyevın varidatı ən azından 10 milyonlarla dollarla ölçülə bilər. Bu da büdcə üçün əlavə maliyyə qaynağıdır”.

 

Qubad ibadoğlu bildirib ki, əslində günün əsas sualı icra başçısının bu qədər vəsaiti hardan toplaması olmalıdır:

 

"İlkin ittihamlara görə, vəsaitlər rayondakı sahibkarlardan, rayona tikinti-abadlıq işlərinə görə ayrılan dövlət büdcəsi vəsaitlərindən və ödənişli ictimai işlərə görə işsizlər üçün nəzərdə tutulan sosial yardımdan və heç şübhəsiz ki, rayondakı vəzifələrin satılmasından toplanıb. Bu cinayətlər 16 ildir ki, İmişlidə hamının gözünün qabağında baş verirdi. Hazırda başqa rayonlarda da davam edir. Amma danılmaz həqiqət odur ki, bundan vəzifəsininin yüksək və aşağı, varidatının çox və az olmasına baxmayaraq heç kim sığortalanmayıb, sadəcə zamana bağlı məsələdir”.

 

caspi1.org .

Category: ÖLKƏ XƏBƏRLƏRİ . | Views: 57 | Added by: ruslantalish7 | Tags: caspi1.org . | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  May 2020  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Entries archive

Site friends

Copyright MyCorp © 2020