“Xaç atası” filminin bərpa olunmuş versiyası fevralın 24-də filmin 50 illik yubileyi münasibətilə nümayiş etdiriləcək
“Xaç atası” filminin bərpa olunmuş versiyası fevralın 24-də filmin 50 illik yubileyi münasibətilə nümayiş etdiriləcək.
Müxbirimiz xəbər verir ki, “Paramount Pictures” şirkəti Oskar mükafatlı filmi “Xaç atası”nın 50 illik yubileyi şərəfinə filmin məhdud şəkildə təkrar buraxılışını həyata keçirib.
Filmdəki zolaqların, neqativlərdəki zədələrin və digər anomaliyaların aradan qaldırılmasına 4000 saatdan çox, rəng korreksiyasına 1000 saatdan çox vaxt sərf olunub. Bütün işlər rejissorun nəzarəti altında həyata keçirilib
Qeyd edək ki, trilogiyanın ilk filmi 24 mart 1972-ci ildə ekranlara çıxıb. Filmdə Marlon Brando, Al Paçino, Dayan Kiton və başqaları rol alıb.
Комментариев нет