fd
CASP1.ORGSa, 27 Feb 2021, 21.15.10
Welcome Guest | RSS
Site menu

Section categories
Tarix [19]Mədəniyyət [17]
Siyasət [60]Sosial [12]
Toloşon Sədo [9]TMH . [10]
Ölkə Xəbərlər [19]RTMM . [1]
Talish xanligi tarixi . [0]Mugan Sovet Respublikasi tarixi . [3]
TMMR-in tarixi [0]Xarici Dildə Məqalələr [2]
Tolışi şeir [19]Multiculturalism [0]
Tolışə Hekoye [2]

Our poll
Rate my site
Total of answers: 4

Statistics

Total online: 1
Guests: 1
Users: 0


11.23.46
XOŞBƏXT  ALMANİYA...və  MERKEL  Almaniya A.Merkel ilə 6 dəqiqəlik sürəkli  alqışlarla ayrıldı

XOŞBƏXT  ALMANİYA...və  MERKEL  Almaniya A.Merkel ilə 6 dəqiqəlik sürəkli  alqışlarla ayrıldı.

Almanlar onu ölkəni idarə etmək üçün seçdilər və o,18 il ərzində 80 milyondan çox almana öz bacarığı,fədakarlığı,qabiliyyəti,səmimiyyəti və işgüzarlığı ilə  ilə  xidmət etdi.
Bu 18 il ərzində ona qarşı heç bir hüquqi  pozuntu  və işində heç bir  korrupsiya əməli qeydə alınmayıb.Öz yaxın ətrafından,qohumlarından heç kimi dövlət işinə təyin etməyib.Şöhrət dalınca qaçmayıb.Sonradan məsxərəyə çevrilən heç bir artıq söz danışmayıb.Siyasi rəqiblərinə hörmətlə yanaşıb,onlara qarşı çirkin mübarizə aparmayıb,onları təqib etməyib.
. Onun nə maşını,nə yaxtaları, nə dəbdəbəli sarayları, nə də şəxsi modelyerləri var. Yalnız nəsə yeni bir paltar lazım olanda, dərzi qadın Merkelin evinə gələrək müəyyən ölçüləri götürür və onun üçün yeni paltar tikməyə başlayır.
Gün ərzində 70-ə yaxın sms yazan Merkelin nə elektron poçtu, nə də noutbuku var. Son zamanlar yalnız iPad-ı var. Onu da ki, xəbər saytlarını izləmək və birjada baş verənlərdən xəbər tutumaq üçün istifadə edir.  
  Angela Merkelin heç şəxsi mənzili də yoxdur. Kansler olduqdan sonra xidməti mənzilə köçməkdən imtina edən Angela Merkel, hazırda Berlinin mərkəzində kirayə tutduğu mənzildə yaşayır.
Mətbuat konfrasında jurnalistlərdən biri ona:
-Siz həmişə eyni paltar geyinirsiniz.Niyə?
-Mən alman xalqına xidmət  edən dövlət qulluqçusuyam,fotomodel yox!
Başqa bir jurnalistin:
-Evinizi təmizləyən,yemək bişirən və s.işlər üçün bir xadimə varmı?
-Yox,onlara ehtiyacım yoxdur.Bu işləri ərim və mən hər gün görürük.
Digər bir jurnalist:
-Bəs paltarları kim yuyur-siz yoxsa əriniz?
-Birlikdə.Mən paltarları ayırıb yığıram,ərim isə maşını işlədir.
O başçılıq etdiyi partiya sədri vəzifəsindən gedərkən almanlar buna misilsiz reaksiya göstərdilər.Bütün insanlar balkonlara çıxıb 6 dəqiqə sürəkli alqışlarla onu yola saldılar.Həmin gün bütün Almaniya-sadə insanlardan tutmuş sənət adamlarına qədər hamı öz liderləri ilə ayrılırdılar.
Bəli bu Angela Merkeldir.Dünya siyasətinə təsir edən,az qala bütün Avropanı çiyinlərində aparan,”Dünya ledisi” adını alan Almaniyanın “dəmir frau”su.

Elsad Safarov.

Category: Siyasət | Views: 60 | Added by: ruslantalish7 | Tags: Elsad Safarov. | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  February 2021  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28

Entries archive

Site friends

Copyright MyCorp © 2021