Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  October 2022  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Yaponların fikrincə:Ümumilikdə elmə 8 qan qrupu məlumdur

Yaponların fikrincə:Ümumilikdə elmə 8 qan qrupu məlumdur.

Yəhudi milliyətindən olan Avstriya mənşəli amerikalı immunoloq və patoloq Karl Landsteyner (14 iyun 1868- Vyana, Avstriya-Macarıstan – 26 iyun 1943,Nyu-York)başlıca qan qruplarını tapıb və qan nəqlinin tibdə sadə bir əməliyyat halına gəlməsini təmin edən ABO qan qrupları sistemini inkişaf etdirməsi ilə 1930-cu ildə Nobel Fiziologiya və ya Tibb Mükafatını almışdır.Karl Landsteyner 22 nəfərdə apardığı işdə eritrositlər və serum arasındakı reaksiyaları tərif edərək 1901-ci ildə nəticələrini dərc etmişdir. O, əvvəllər A, B, C olmaq üzrə üç qan qrupu təyin etdi. 1902-ci ildə tələbələri olan Decastello və Sturli 155 nəfəri əhatə edən daha geniş bir araşdırma ilə qan qrup sistemini A, B, O, AB olaraq xarakterizə etdilər.

Yaponlar hesab edirlər ki, qan qrupları insanların xarakterində, sağlamlığında hətta əxlaqında da özünü biruzə verir. Onların fikrincə bu vasitə ilə insanların xarakterini daha dəqiq müəyyən etmək olar:

1-ci qan qrupu: Ət, balıq və tərəvəz. Süd məhsulları, emal edilmiş qidalardan imtina edin.

2-ci qan qrupu: Vegetarian yeməklər, balıq, toyuq və yoqurt. Paxlalı, kəskin məhsullar və qəhvədən uzaq olun.

3-cü qan qrupu: Süd məhsulları, mal əti, balıq, tərəvəz və çay. Alkoqollu içkilərdən və konserv məhsullarından istifadə etməyin.

4-cü qan qrupu: Təzə, ekoloji cəhətdən təmiz məhsullar. Enerjinizi tükədən qızardılmış yeməkdən imtina edin.

Şəxsiyyət tipi:

1-ci qan qrupu: Praktik, inadlı, diqqətli, həssas.

2-ci qan qrupu: Rəhmli, mütəşəkkil, təsiredici, lider.

3-cü qan qrupu: Meditativ, çevik, mehriban, nəticəyə köklənən.

4-cü qan qrupu: Ağıllı, sakit, güclü, liberal.

Stress reaksiyası

1-ci qan qrupu: Alovlu qəzəb genetik ötürülür. Vizual mənzərələr və xoş bir şeyin görüntüsü sakinləşməyə kömək edir.

2-ci qan qrupu: Yüksək həssaslıq, stressdən çıxmaq üçün çox vaxt tələb olunur. Çoxlu içki sakitləşməyə kömək edəcək.

3-cü qan qrupu: Əsasən sakit, lakin bəzən emosiyalara nəzarət etmək mümkün olmur və siz özünüzdən çıxırsınız. Asta-asta nəfəs almaq daxili harmoniyaya qayıtmağa kömək edəcək.

4-cü qan qrupu: Stressin öhdəsindən çox yaxşı gəlirsiniz, tarazlığınızı pozmaq olduqca çətindir. Fəallıq və fiziki yükləmələr gərginliyi aradan qaldırmağa kömək edir.

Kökəlmə səbəbləri

1-ci qan qrupu: Qeyri-müntəzəm qidalanma artıq piylənməyə gətirib çıxarır.

2-ci qan qrupu: Ət və şirniyyat məhsulları bədəndə yağ toplanmasına səbəb olur.

3-cü qan qrupu: Çörək və qızardılmış yeməyi pis həzm edir.

4-cü qan qrupu: Hərəkətsizlik.

Rezus faktoru

Əhəmiyyətinə görə qan qrupunun rezus faktoru (RH) müsbət və ya mənfi ola bilər.

Müsbət rezus faktorunda D-antigen var, mənfidə isə yoxdur.

Əgər ananın qanı mənfi, atanın müsbətdirsə, onda müəyyən fəsadlar törədən təhlükəli rezus yaranır.

Hemolitik xəstəlik - eritrositlərin dağılması;

Dölün eritroblastozisi - fetusda inkişaf etməmiş eritrositlərin istehsalı.

Düzgün müalicə və müəyyən profilaktik tədbirlər hamiləliyi qorumağa kömək edir. Qadın hamiləliyin 28-ci həftəsində və uşağın doğumundan sonra 72 saat ərzində anti-cisimlərin inkişafının və onların uşağa keçməsinin qarşısını almaq üçün qan plazması inyeksiyanı etmək lazımdır.

Qan qrupları üzrə uyğunluq:

1-ci qrup 1-cidən qan qəbul edə bilər, lakin hamı üçün universal donordur.

2-ci qan qrupu 2-ci və 1-ci qrupdan qan ala bilər, 2-ci və 4-cü qrup üçün donor ola bilər.

3-cü qrup 3-cü və 1-ci qrupdan qan qəbul edir, habelə 3-cü və 4-cü qrup üçün donor ola bilər.

4-cü qan qrupu digər bütün qan qruplarından qan alır, ancaq öz qrupundan olana donor ola bilər.

Plazma üzrə uyğunluq:

4-cü qrup plazmanı yalnız 4-cü qrupdan ala bilər və istənilən qan qrupu üçün də universal plazma donorudur.

2-ci qan qrupu 2-ci və 4-cüdən ala bilər, amma yalnız 2 və 1 üçün donor ola bilər.

3-cü qrup 3-cü və 4-cüdən ala, 3-cü və 1-ci qan qrupu üçün donor ola bilər.

1-ci qrup da universaldır, bütün qruplardan qəbul edə bilir, amma plazmanı yalnız 1-ci qrupa verə bilər.

Mənbə:

1.Qan qrupları / Kosyakov P. H.; Zotikov E. A., Tumanov A. K. (məhkəmə. tibb), Umnova M. A. (met. tədqiqat) // Böyük tibb ensiklopediyası: 30 cilddə / ç. red. B.V. Petrovski,3-cü nəşr. - M.: Sovet Ensiklopediyası, 1977,c. 6: Hipotiroidizm - Degenerasiya. - S. 490-503. — 632 səh.

2.Qanköçürmə / O. K. Gavrilov; Gromov A. P. (məhkəmə), İlyin E. R., Rıjkov S. V. (hərbi), Klimanski V. A. (cərrahiyyə), Nemenova H. M. (yol. An.), Rasstrigin H. N. (ac.), Skaçilova H. N. (fəsadlar), Tkachenko S. K. (ped.) , Fedorov N. A. (köçürülmüş qanın təsir mexanizmi) // Böyük Tibb Ensiklopediyası: 30 cilddə / red. B.V. Petrovski. - 3-cü nəşr.M

3.Sovet Ensiklopediyası, 1982. C. 18: Osteopatiya - Sınıqlar. - S. 495-513. — 528 səh.

4.Umnova M.A. İnsan qan qrupu sistemləri və qanköçürmə fəsadları. — M.Tibb, 1989, 160 s.

5.Publika.az

Qələmə aldı:Tədqiqatçı-filoloq və AYB-nin üzvü Qədir Atamalı Kərimov.

 

06 Dec 2022 в 19.46.48
36
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft