Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  August 2021  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Yazılı ədəbiyyatımızın ilk abidəsi

Yazılı ədəbiyyatımızın ilk abidəsi.

1925-ci ildə Tehranda tarixçi,dil və dinşünas,siyasətçi,həm də fəlsəfə ilə ciddi maraqlanmış Əhməd Kəsrəvinin(1890-1946) farsca yazdığı ˝Azəri ya qədim Azərbaycanın dili˝ kitabı nəşr olundu.Kitabda verilmiş14 rübai və 4 qısa cümlədən ibarət mətn müəllifin nəzərinə görə azəri dilinə dair nümunələrdir.Həmin cümlələrdən 1-i Həmdulla Mustaufinin ˝Nushət-ul-Qulub˝(1340) adlı coğrafi əsərindən,qalan 3 cümlə və rübailər isə İbn Bəzzaz Təvəkkülün ˝Səfvatüs-Səfa˝ və Şeyx Hüseyn ibn Əbdül Zahidin ˝Silsileyi-nəsəbe-Səfəviyyə ˝ kitabından alınmışdır.Birinci kitab Səfəvi sülaləsinin başçısı, Ərdəbillə sıx bağlı olan Şeyx Səfiəddinin (1254-1334) və sülaləsinin tərcümeyi halına ,2-ci kitab isə bunlardan əlavə həm də həmin sülalənin qeneoloqgiyasına həsr olunmuşdur.

14 rübainin 12-si şəxsən Şeyx Səfiyə, 1-i Ərdəbilin şərqində yerləşmiş Xalxal kəndindən olan bir qadına,axırıncısı isə yenə də Ərdəbil ətrafında yaşamış başqa kəndli qadına aid edilir. İbn Bəzzaz Təvəkkülün ˝Səfvatüs-Səfa˝ kitabından alınmış 3 rübainin farsca tərcüməsi verilməyib. ˝Silsileyi-nəsəbe-Səfəviyyə ˝ kitabından alınmış qalan rübailərin isə kobud və təxmini də olsa,farsca izahı verilmişdir.Bu materialın hamısı XIV əsrin birinci yarısına aiddir. Yəni həmin vaxtda Ərdəbil sakinləri sözügedən mətnin dilində danışmışlar.

Ancaq sovet talışşünası professor B.V.Millerin 1953-cü ildə Moskvada çap etdirdiyi ˝Talış dili˝ adlı sanballı əsərində qeyd edir ki, Ə.Kəsrəvi ömrünün axırına kimi (1946) bilmədi ki, onun azəri dili kimi təqdim etdiyi mətn müasir talış dilinin Şimal dialektinə,yəni Azərbaycan respublikasında yaşayan talışların və uzun müddət onlarla şimalda bilavasitə qonşu olmuş tatların dili ilə üst-üstə düşür.Professor rübailərin dil və semantik xusüsiyyətlərini qrammatik tədqiq edərək bu qənaətə gəlir ki,regionun ədəbi dili olan farscanın ciddi təsirinə məruz qalsa da,Şeyx Səfiəddinin qələmindən çıxmış bu rübailərin müasir talış dilinə aid olmasında heç bir şübhə yoxdur.

Millerdən bir il sonra məşhur dilçi alim Henniq də ˝Azərbaycanın qədim dili˝ adlı risaləsində bu mövzuya toxunmuşdur.

Daha sonra 1975-ci ildə dilşünas alim Ehsan Yarşater yazdığı ˝Azəri˝ risaləsində Kəsrəvinin verdiyi mətnin fonetik qaydalarını, morfoloji xüsusiyyətlərini tədqiq etmiş,müasir Ərdəbilin həndəvərində yerləşmiş Gəlin-Qaya,Kuri,Babere,Təzə Xəzrani kəndlərində danışılan dillərin də talışcaya yaxın olması nəticəsinə gəlmişdir.E.Yarşaterin yazdığına görə xəzrani dili ˝düzgün talış dilidir˝.

Şeyx Səfiəddinin rübailərinin məzmununa gəldikdə qeyd etmək lazımdır ki, ,onların böyük əksəriyyəti sufi təriqətinə dair dini məzmun daşıyır və bu janrda qələmə alınmış bütün əsərlər üçün xarakterik olan ərəb-fars tərkibli ifadələrlə doludur.

Beləliklə,Şeyxin 14-cü yüzilliyin əvvəlində yazdığı 14 rübaisini oxuyarkən biz talışların da B.Vahabzadə demiş ˝halalımdır,halalım˝,-deməyə tam haqqı çatır.

Jabbar Aliev

Bir 1 nəfər şəkili ola bilər

 

caspi1.org

23 Sep 2021 в 15.03.46
85
Добавил ruslantalish7
Оценок нет
Теги: Jabbar Aliev
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft