Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  May 2021  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Zamin Hüseynov :  SUSCİNİO qalası. Orta əsrlərə aiddir

Zamin Hüseynov :  SUSCİNİO qalası. Orta əsrlərə aiddir.

İnşasına başlanılmış - XIII əsr İnşasının tamamlanmasl - XV əsr Qorunub saxlanılması üçün nəzarətə götürülmüş -(1840) Yerləşdiyi yer: Fransa, Brittaniya Regionu, Morbihan bölgəsi, Sarzeau ərazisi. Qala 800 ildən artıq bir tarixə malikdir. Hər şey 13-cü əsrdə Suscinio-da ilk malikanə tikildikdən sonra başladı. Bretan Jean Hersoqu, orada hündür divarlarla əhatə olunmuş, həm ov, həm balıq ovu, həm də ağac kəsmək üçün meşədən istifadəni ehtiyatda saxlamağa imkan verən 2600 ha ərazidə bir park qurmuşdu. Tədricən qala geniş bir kənd təsərrüfatının idarə mərkəzi oldu ... Brittany Hersoqlarının iqamətgahı olan Suscinio qalası, Atlantik Okeanının kənarında Sarzeau (Morbihan) qəsəbəsində, vaxtilə geniş meşəlik ərazinin mərkəzində dayanır. Orta əsrlərin sonunda inşa edilmiş, bu gün duz bataqlıqları və çəmənliklərin yaratdığı Rhuys yarımadasında yerləşir. Qala, daha sonra güclü hersoqların rəhbərliyi altında Bretaniyada ortaya çıxan böyük dukal iqamətgahlarının nəsillərinin bir hissəsidir. 1840-cı ildə Prosper Mérimée tərəfindən tarixi bir abidə olaraq siyahıya alınan bu abidə, artıq 50 ildən artıqdır ki, bərpasını təmin edən Morbihan Departamentinə məxsusdur. Əvvəlcə təmtəraqlı bir yaşayış yeri olan qala ərazisi, İnqilab altında xarabalıqlara çevrildi. 1965-ci ildə yenidən bərpa edilərək tarixi muzey kimi saxlanılır. İnsanların ziyarət etməsi üçün şərait yaradılıb. İl ərzində yüzlərlə turist qəbul edir. Belə tarixi abidələr, qalalar Fransada yüzlərlədir. Ölkə belə qədim abidələrini qoruyub saxlamaqla türistik yerlərinin bir hissəsinə çevirib. həmdə qədim tarixi olduğunu dünyaya mədəni formayla nümayiş etdirir. Ölkəyə gələn turistlərin sayəsinədə və yerli insanların bu muzeyləri ziyarət etməsi nəticəsində ölkəyə xeyir verir gəlir gətirir. Bəs niyə Azərbaycan dövləti vətənimizin ərazisində olan qədim abidələrimizi, tarixi binalarımızı, qalalarımızı qoruyub saxlamır, inkişaf etdirmirlə. O, abidələrin itib gedməsi tariximizin itməsidir. Talış bölgəmizdədə olan bir çox qala və abidələrin itməsi bizi çox narahat edir. Lənkəranda olan qədim Türmə dairəvi qalasının gözlər görə-görə dağılıb gedməsi, mayak qalasının lazımsız bir fiqur kimi orda bağlı saxlanılması. Bəlləbur qalasının ortalığa çıxarılmaması və s. Bunlar hamısı bizim tariximizdir və turistlərin marağını çəkə biləcək gəzməli, görməli yerlərdir. Ölkəmizin inkişafı üçün, türistlərin axını üçün qədim abidələrin qorunması və nümayişi ölkəmizə xeyir gətirərdi. Mövcud olan tarixi abidələri, binaları qorumaq və bərpa etmək üçün dahada gecikmədən dövlət öz vəzifə borcunu yerinə yetirib nəzarətə götürməlidir. Tariximizi bilərəkdən, dağılıb itməsinə, yer üzündən silinməsinə imkan verməyək!

 

Zamin Huseynov.

 

 

 

15 Jun 2021 в 03.45.52
116
Добавил ruslantalish7
Оценок нет
Теги: Zamin Huseynov.
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft